SON XƏBƏRLƏR

Xaməneinin nümayəndəsi: "Məscidlər boş qalıb"

2023.08.17, 09:15
Xaməneinin nümayəndəsi: "Məscidlər boş qalıb"

Əli Xaməneinin Yəzd əyalətindəki nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getməməsindən gileylənib.

Gunaz.tv

"Virtual aləmdə məscidlərə qarşı təbliğatın artması, vətəndaşların, xüsusilə gənclərin siyasi və ictimai qərargahlarımız sayılan məscidlərə marağının azalmasına, məscidlərin boş qalmasına səbəb olub",- Nasiri iddia edib.

O, hakimiyyəti bununla bağlı tədbirlər görməyə və gənclərin məscidlərə getməsi üçün stimullaşdırıcı addımlar atmağa çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını, yeniyetmə və gənclərin dini təhsilə maraq göstərmədiyini bildirib.

Bundan sonra yeniyetmə və gənclərin məscidlərə marağının artması üçün İranın Namaz Qərargahının rəhbəri Möhsün Qəraəti ölkədə uşaqlar üçün xüsusi mollaların tərbiyə edilib yetişdirilməsini təklif edib.

O, xüsusi uşaq həkimləri olduğu halda uşaq mollalarının olmamasını nöqsan hesab edib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar