SON XƏBƏRLƏR

Şirazda silahlı hücuma görə həbs olunanların sayı artdı

2023.08.17, 15:15
Şirazda silahlı hücuma görə həbs olunanların sayı artdı

İranın Şiraz şəhərindəki Şah Çıraq ziyarətgahına silahlı hücum ilə bağlı saxlanılanların sayı 20-ə çatıb.

Gunaz.tv

Bu barədə Fars əyalətinin baş hakimi Kazım Musəvi açıqlama verib.

Onun sözlərinə görə, silahlı hücum hadisəsində təqsirli sayılan əsas şübhəliyə dair ittiham aktı gələn həftə açıqlanacaq.

"Terrorçu təxminən 25 yaşındadır və milliyyətcə tacikdir. Baş verən hadisəyə görə peşman deyil. Əslində, bu adamın beynini o qədər yuyublar ki, heç bir dəstəyi olmadığını nəzərə alsaq, yenə deyir ki, peşman deyiləm", - Musəvi qeyd edib.

Qeyd edək ki, İranın Şiraz şəhərinin Şah Çıraq ziyarətgahında törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb. İŞİD terror təşkilatı ziyarətgaha edilən hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Xaricdə fəaliyyət göstərən bir sıra media orqanları və İran hökumətinə müxalif təşkilatlar bunun arxasında rejimin təhlükəsizlik qurumlarının əli ola bləcəyi barədə ehtimallar irəli sürüblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar