SON XƏBƏRLƏR

Qadınlar "Traxtur" oyununa buraxılmayacaq

2023.08.21, 10:53
Qadınlar "Traxtur" oyununa buraxılmayacaq

Asiya Çempionlar Liqasının pley-off mərhələsində avqustun 22-i Təbrizin Səhənd istadionunda  “Traxtur”la Birləşmiş Ərəb Əmirliklərinin "Şarja" komandaları arasında keçirilən oyuna qadın azarkeşlər buraxılmayacaq.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan Futbol Heyəti bəyanat yayıb.

Bəyantda stadionda qadınların oyunu izləməsi üçün lazimi infrastrukturun quraşdırılmadığı iddia olunub.

Qeyd edək ki, İranda qadınlar heç vaxt istadiona buraxılmayıblar.

Ancaq bir neçə gün əvvəl FİFA və Asiya Futbol Konfederasiyası İran Futbol Federasiyasına ayrı-ayrılıqda məktublar göndərməklə, qadınların stadionlara buraxılmamasına görə xəbərdarlıq edib.

Məktubda bildirilib ki, İran Premyer Liqasının bu dövründə qadınların stadionlara girişinə icazə verilməyəcəyi təqdirdə İran Futbol Federasiyası ağır nəticələrlə üzləşəcək.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar