SON XƏBƏRLƏR

İranda məişətin aşağı olduğuna etiraz aksiyaları keçirilib

2023.08.21, 12:59
İranda məişətin aşağı olduğuna etiraz aksiyaları keçirilib

İranın Xozistan, İsfahan, Kirmanşah əyalətlərində təqaüdçülər məişətlərinin aşağı olduğuna görə etiraz aksiyaları keçiriblər.

Gunaz.tv

Sosial mediya və insan haqları səhifələrində dərc edilmiş görüntülü məlumata istinadən İsfahan şəhəri “Fulad” Fondu təqaüdçüləri fondun qarşısında toplaşıb mişət səviyyələrinin aşağı olduğuna etiraz ediblər.

Həmçinin təqaüdçülər Əhvaz, Kirmanşah, Şuş və Şuştər şəhərləri əhalinin sosial təminatı fondları qarşısında aksiya keçriməklə şüarlar səsləndiriblər. 

Aksiya iştirakçıları “Məişət, izzət bizim haqqımızdır!”, “nə vaxtadək fəalkət, ya ölüm ya yaşam!”, “etibar elədik, hakimiyyəti oğrulara verdik!”, “Düşmənimiz İrandadır, Amerika bəhanədir!” və sair şüarlar səsləndirməklə məişətlərinin ağır olduğuna etiraz ediblər.

Qeyd edək ki, İran hakimiyyəti yaramaz idarəçiliy və sair yanlış ölkədaxili məişət siyasətlərini ört-basdır etmək üçün bunların səbəbkarının xarici ölkələr olduğunu iddia edir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar