SON XƏBƏRLƏR

Traktor bu gün Əl-Şarcə ilə qarşılaşacaq

2023.08.22, 14:29
Traktor bu gün Əl-Şarcə ilə qarşılaşacaq

Güney Azərbaycanın Traktor komandası bu gün avqusutn 22-i Təbriz vaxtı ilə saat 19:30-da BƏƏ-nin Əl-Şarcə komndasını qəbul edəcək.

Gunaz.tv

Traktor komandası Asiyanın Çempionlar Liqasının Playoff mərhələsində Təbrizin Səhənd Stadiumunda BƏƏ-nin Əl-Şarcə komandasını qəbul edəcək. 

Traktor bu gün yerli vaxtla saat  19:30-da keçiriləcək bu qarşılaşmada qalib gələrsə İranın 4-cü futbol komandası qismində qrup mərhələsində iştiraka vəsiqə qazanacaq. 

Traktorun keçmiş oyunçusu və hazırda baş məşqçısı ispaniyalı Pako Xomez və komandanın kapitanı Şüca Xəlilzadə oyundan öncə preskonferans keçiriblər. 

Onlar bu oyunda Traktor azarkeşlərinin roluna toxunaraq qələbə üçün onların izdihamlı iştirakının vacib olduğunu bildiriblər. 

Ona görə də güney azərbaycanlı azarkeşlərin öz komandalarına dəstək üçün bu 70 min nəfərlik stadium dolduracaqları gözlənilir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar