SON XƏBƏRLƏR

Qəzvində tarixi abidə beynəlxalq qeydiyyata alınacaq

2023.08.23, 09:30
Qəzvində tarixi abidə beynəlxalq qeydiyyata alınacaq

Qəzvin şəhərində yerləşən taeixi Sədül-Səltənə sarayı YUNESKO tərəfindən qeydiyyata alınacaq.

Gunaz.tv

Bu barədə Qəzvinin Mədəni İrs Təşkilatının başçısı Əlirza Xəzaili açıqlama verib.

"YUNESKO-nun mütəxəssisləri artıq sarayı araşdırıb və bu tarixi əsərin beynəlxalq qeydiyyatı üçün lazım olan bütün dəyərləndirmələri aparıblar",- o qeyd edib.

Xəzaili tarixi abidənin qarşıdakı iki həftə ərzində rəsmi şəkildə qeydiyyata alınacağını bildirib.

Bu, Qəzvin əyalətinin beynəlxalq qeydiyyata alınanm ilk əsəri olacaq.

Qeyd edək ki, 6.2 hektar sahəsi olan Sədül-Səltənə sarayı Nasirəddin şah Qacar dövründə inşa edilib.

Bu, İranda şəhər daxili karvansarayla ticarət mərkəzinin eyni tikilidə olduğu yeganə abidədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar