SON XƏBƏRLƏR

Milli fəal Mahmud Ocaqlının 11 il həbs cəzası təsdiqləndi

2023.08.26, 11:50
Milli fəal Mahmud Ocaqlının 11 il həbs cəzası təsdiqləndi

Tehranın Apelyyasiya Məhkəməsinin 26-cı bölməsi Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı milli-mədəni fəal Mahmud Ocaqlı barədə 11 il həbs və əlavə cəzalar qərarını təsdiq edib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıblar.

 O, "hökumətə qarşı təbliat" və "cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq" və "ölkənin təhlükəsizliyinə xələl gətirmək üçün vətəndaşları qarşıdurma və qırğın törətməyə sövq etmək"də ittiham olunub.

Bununla yanaşı mədəni fəalın həbs müddəti başa çatdıqdan sonra onun iki il müddətinə ölkəni tərk etməsi, siyasi və ictimai qruplara üzv olması, sosial mediada fəaliyyət göstərməsi qadağan edilib.

Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar