SON XƏBƏRLƏR

Güney Azərbaycanın Traktor Futbol Komandasına “televiziya yayımı haqqı” düşür

2023.08.26, 15:29
Güney Azərbaycanın Traktor Futbol Komandasına “televiziya yayımı haqqı” düşür

Asiyanın Futbol Federasiyası və FIFA İran üçün “Futbol Yayımı Haqqını” müəyyənləşdirib və bu premier liqa yayım haqqının 450 milyon avro civarında olduğunu bildiriblər.

Gunaz.tv

Bu iri məbləğ futbol klublarının dərdlərinə dərmandır. Həmin 450 milyon avro İngiltərənin Premier Liqa Qanunlarına əsasən bölüşdürlsə onun yarısı 16 premier liqa komandası arasında bərabər, digər yarısı isə hər bir komandanın tutduğu yerə əsasən  bölüçdürüləcək. 

Bu isə belə anlama gəlir ki, hər bir kluba 15 milyon dollar çatacaq. Bununla da tam rahatlıqla oyunçularının maaşları və zəhmət haqlarını ödəyə biləcəklər. Həmçinin infrastrukturlarına düzəliş edə, daha keyfiyyətli oyunçu xidmətə götürə biləcəklər.
Lakin İranın Futbol Federasiyasının sədri Mehdi Tac İranın Futbol Liqası Təşkilatına rəsmi məktub ünvanlayaraq bildirib ki, “televiziya yayımı haqqı” həmin komandalar və İranın Radio-Televiziya Təşkilatı arasında 50-50 nisbəti ilə bölüşdürüləcək. Belə ki, dövlət həmin məbləğlə bu güya “Milli mediyanın” maliyyə resursları çatışmazlığını qaldıracaq. 

İranın Futbol Federasiyasının sədrinin bu hərəkəti isə həmin məbləğin 16 premier liqa komandası arasında bölüçdürüləcəyi prinsiplinə ziddir. 

Digər pozuntu da budur ki, “televiziya yayımı haqqını” almağa futbol komandaları müqavilə bağlamalı olduqları bir halda bu haqq İranın İdman və Gənclər Nazirliyinə ötürülüb.  

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar