SON XƏBƏRLƏR

İsrail öz sərhədlərində İranın mövcudluğu barədə BMT-yə xəbərdarlıq edib

2023.08.29, 16:13
İsrail öz sərhədlərində İranın mövcudluğu barədə BMT-yə xəbərdarlıq edib

İsrailin müdafiə naziri Yoav Qalant bu ölkənin BMT-də elçisi Gilad Ərdan  ilə birgə təşkilatın baş katibi Antonio Quterşlə bu barədə görüşüb.

Gunaz.tv

Qalant İsrailin sərhədlərində İranın mövcudluğuna toxunaraq deyib: “İran Hizbullahla birgə İsrailin (Livanla) şimal sərhədlərində qıcıqlandırıcı hərəkətlər edir.”.

Yerusəlim Poçt qəzetinin bildirməsinə istinadən nazir görüşdə İran və Livan Hizbullahının vasitələri ilə törənmiş gərginliklərə qarşı BMT-nin hərəkətə keçməyini tələb edib. 

Qalant UNIFIL (United Nations Interim Force in Lebanon / BMT-nin Livanda Yerləşən Sülh Qoruyucuları) qüvvələrinin Livanın cənubunda İranın əlaltısı olan Hizbullah terrorçularının bu ölkəyə keçməsinin qarşısı alınmasını baş katibdən istyəyib.

Nazir öz X hesabında bununla bağlı yazıb: “önəmli görüşümüzdə biz terror təşkilatları üzvlərinin İsraildə əməliyyatlar məqsədi ilə İran tərəfindən gönədrilməsi cəhdləri barədə danışdıq.”

Taymaz


 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar