SON XƏBƏRLƏR

Ermənistanda fars dilinin tədrisi genişlənəcək

2023.08.30, 08:45
Ermənistanda fars dilinin tədrisi genişlənəcək

İranla Ermənistan arasında güclənən hərtərəfli münasibətlər fonunda Ermənistanda fars dilinin tədrisi genişləndiriləcək.

Gunaz.tv

Bu barədə İranda yaşayan ermənilərin media orqanı "Araks" məlumat yayıb.

Bildirilib ki, İranın İrəvandakı səfiri Mehdi Sübhani ilə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Anderyasiyan arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub.

Sübhani regional dil təhsili çərçivəsində Ermənistan Respublikasının dövlət məktəblərində fars dilinin tədrisinin vacibliyini vurğulayıb.

Erməni nazir də ölkəsinin  universitet və məktəblərində fars dilini tədris edəcək müəllimlərin hazırlanması proqramının həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın 10 məktəbində fars dili öyrənilirdi. İndi isə  İrəvanın daha 7 məktəbində fars dili və ədəbiyyatı xüsusi fənn kimi icbari tədris olunur.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar