Hesabatın hazırlanmasında əsas məqsəd itkin düşmüş 4000-ə qədər azərbaycanlının bu günədək naməlum qalan taleyi ilə bağlı məsələnin, onların ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsinin təmin edilməsidir.
Məlumdur ki, bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində bir neçə kütləvi məzarlıq aşkarlanıb.
Tapılan qalıqların eyniləşdirilməsi aparılaraq onların itkin düşmüş azərbaycanlılara məxsus olduğu təsdiqlənib.
Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir.
Ombudsmanın hesabatında da bu mövzuya toxunulub və itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları təqdim etməsi üçün dünya ictimaiyyəti tərəfindən Ermənistana çağırışlar edilməsinin vacibliyi vurğulanıb.
Hesabat azərbaycan və ingilis dillərində hazırlanıb.