SON XƏBƏRLƏR

İranlı idmançı İsrailli çempionla foto çəkdirdiyinə görə cəzalandırıldı

2023.08.30, 16:16
İranlı idmançı İsrailli çempionla foto çəkdirdiyinə görə cəzalandırıldı

İranlı atlet Mustafa Rəcayi Ləngrudinin idman yarışlarına qatılması və idman mərkəzlərinə girişinə ömürlük qadağa qoyulub.

Gunaz.tv

Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Buna atletin Polşada keçirilən ağır atletika üzrə dünya çempionatında medalların təqdim edilməsi zamanı İsrail təmsilçisi ilə xatirə şəkli çəkdirməsi səbəb olub.

İranın Ağır Atletika Federasiyası Polşaya göndərilən İran komandasının rəhbəri Həmid Salehiniyanı da vəzifəsindən azad edib.

Federasiya məsələ ilə bağlı yaydığı bəyanatda israilli idmançılarla hər hansı formada ünsiyyətdə olan iranlı idmançılara qarşı daha sərt cəza tədbirlərinin tətbiq ediləcəyini vurğulayıb.

İran hökumətinin beynəlxalq yarışlarda idmançılara İsrail idmançıları ilə yarışlardan imtina etmələri barədə göstərişi, bu ölkə idmançılarının bir neçəsinin xarici ölkələrə sığınmasına səbəb olub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar