"Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlatmaq niyyətindədir". Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.