SON XƏBƏRLƏR

ETTELAAT 14 nəfəri həbs etdi

2023.08.31, 12:50
ETTELAAT 14 nəfəri həbs etdi

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) silahlı qruplaşma üzvlərinin həbs edildiyi barədə bəyanat yayıb.

Gunaz.tv

Bildirilib ki, SEPAH və ETTELAAT Xuzistan, Mazəndəran,Sistan, Bəlucistan və Kirman əyalətlərində birgə əməliyyat keçirib. 

Əməliyyat nəticəsində 14 nəfərin saxlanıldığı, onların ölkənin müxtəlif yerlərində terror aktı həyata keçirməyi planlaşdırdıqları iddia edilib.

Kimlikləri açıqlanmayan silahlılardan çox sayda silah-sursat və 43 güclü bombanın götürüldüyü bildirilib. 

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında başlayanm etiraz aksiyalarının ildönümü yaxınlaşdıqca SEPAH və ETTELAAT-ın ölkədə terror aktlarının olacağı, silahlı şəxslərin həbsi barədə bəyanatları artıb.

Bunun ötəniliki aksiyanın ildönümündə başlanılması gözlənilən yeni etiraz dalğasının qarşısını almaq və repressiyaları əsaslandırmaq üçün olduğu ehtimal edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar