Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.