SON XƏBƏRLƏR

Kərəcdə daha bir məhbus intihar etdi

2023.09.01, 10:30
Kərəcdə daha bir məhbus intihar etdi

Kərəc şəhərinin Qızılhisar həbsxanasında Hamid Məhəmmədi adlı məhbus intihar edib.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Onun avqustun 30-da çox sayda diazepam tableti içərək həyatına son qouduğu bildirilib.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran həbsxanalarında məhbusların intiharı və ölüm hallarının artması ilə bağlı yerli və beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq edib.

Bir müddət əvvəl Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub. 

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər həbsxanasının "payına düşür".

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar