SON XƏBƏRLƏR

Gürcüstan prezidenti impiçmentlə üzləşə bilər

2023.09.01, 13:44
Gürcüstan prezidenti impiçmentlə üzləşə bilər

Hökumətlə razılaşdırmadan Avropa ittifaqına səfərlərə görə Gürcüstanın hakim partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment elan etməyə hazırlaşır.

Gunaz.tv

Bir müddət əvvəl Gürcüstan hökuməti ölkə prezidentinin Almaniya, Ukrayna, İsrail və BƏƏ də daxil olmaqla, 10 ölkəyə səfər etməsinə razılıq verməsə də, xanım Zurabişvili bununla hesablaşmaq istəməyib.

Gürcüstan prezidentinin administrasiyası avqustun 31-də Salome Zurabişvilinin Almaniyadan başlayaraq Avropaya səfərə gedəcəyini və oradakı liderlərlə görüşəcəyini açıqlayıb.

Səfərdə məqsəd bu ilin dekabrında Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsinə dəstək almaqdır.

Bunun qarşılığında hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə Avropa İttifaqına səfərini hökumətlə razılaşdırmadığına görə, prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunun hazırlandığını açıqlayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar