SON XƏBƏRLƏR

İranın raket sənayesinə qarşı əməliyyat

2023.09.01, 15:36
İranın raket sənayesinə qarşı əməliyyat

İranın Müdafiə Nazirliyi ölkənin raket, hava və kosmik sənayesində təxribat əməliyyatının aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb.

Gunaz.tv

Bu barədə İranın dövlət televizyası məlumat yayıb.

İranın dövlət televiziyası  ölkənin kəşfiyyat orqanlarının Müdafiə Nazirliyinin raket, hava və kosmos sənayesində ən böyük təxribat əməliyyatını aşkar edib zərərsizləşdirməyə nail olduğunu eddia edib.

Həbs edilən şəxslərin sayı və kimliyi barədə açıqlama verilmədən onların İsraillə bağlı olduqları qeyd edilib.

Qeyd edək ki, son illərdə İranın silah və sursat istehsalı mərkəzləri, anbarları və nüvə proqramı ilə bağlı təsisatlarına qarşı çoxsaylı hücumlar və partlayışlar baş verib. 

Əksər hallarda İran həyata keçirilən bu əməliyyatların arxasında İsrailin olduğunu iddia edib, ancaq İsrail hakimiyyəti bu qəbildən olan əməliyyatlara görə rəsmi olaraq məsuliyyəti öz üzərinə götürməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar