SON XƏBƏRLƏR

Amerika vətəndaşını öldürdüklərinə görə 1 iranlı və 4 iraqlı məhkum olunub

2023.09.01, 16:46
Amerika vətəndaşını öldürdüklərinə görə 1 iranlı və 4 iraqlı məhkum olunub

İraqın məhkəməsi Amerika vətəndaşını öldürdüklərinə görə 1 iranlı və 4 iraqlıya avqustun 31-də ömürlük həbs cəzası çıxarıb.

Gunaz.tv

Qeyd edək ki, ailəsi ilə Bağdadda yaşayan Stefan Terol ötən ilin noyabr ayının 7-də Bağdadın Kəradə bölgəsi alış-veriş mərkəzinə öldürülüb.

Bu barədə iş Bağdadın Karax bölgəsi məhkəməsinin baxışına verilib. Məhkəmə istintaq tədqiqatından sonra biri iranlı 5 nəfərə ömürlük həbs cəzası çıxarıb.

Məhkəmə rəsmisinin bildirdiyinə görə həmin 5 nəfər qətli etiraf edib. Lakin məqsədlərinin öldürmək deyil,  Terolun oğurlanması olduğunu bildiriblər.
 
Amerika həmin 5 nəfərin məhkum oldunduğunu alqışlayıb. Amerikanın XİN sözçüsü Metyu Miller bu barədə deyib: 
“Cənab Terolun vəhşicəsinə və öncədən planlaşdırılmış terrorunda iştirakı olanların mühakimə olunub məsuliyyətə cəlb edilmələri çox önəmlidir. Bu hökmlə Terolun ailəsi ədalətin yerinə yetirildiyini duyacaqlar.”

Vurğulayaq ki, qatıllərin Stefan Terolu öldürmək deyil,  oğurlamaq niyyətində olduqlarını etiraf etmələri İran dövlətinin adamları oğurlamaqla bac almaq siyasəti yürütdüyünə digər bir sübutdur. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar