SON XƏBƏRLƏR

Tehran təbrizliləri seçim qarşısında qoydu: icməli su, yoxsa Urmu gölü?

2023.09.02, 11:00
Tehran təbrizliləri seçim qarşısında qoydu: icməli su, yoxsa Urmu gölü?

İranın Polis Komandanlığının informasiya bölməsi Təbrizdə su kəsintiləri ilə eyni vaxtda qəribə paylaşım edərək vətəndaşları seçim qarşısında qoyub.

Gunaz.tv

Polis komandanlığının sosial media hesabında edilən paylaşımda təbrizlilərdən Urmu gölünün bərpası ilə içməli suyun verilişi arasında seçim etmələri tələb olunur.

"Urmu gölü, yoxsaTəbrizdə içməli su? Urmu gölünün illik su payının 51%-i, Təbrizin içməli suyunun isə 55%-i Zərrindərud çayından təmin olunur. Seçim çətindir, Urmu gölü,yoxsa içməli su?",- paylaşımda yazılıb.

Paylaşım Urmu gölünün bərpa edilməməsi və illik su payının verilməməsinə bəraət qazandırmağa  xidmət edir.

Qeyd edək ki, avqustun 1-dən başlayaraq Təbrizin 24 məhəlləsində işməli suyun verilişi dayandırılıb.

Bir neçə məhəllədə su kəsintiləri problemi nisbi şəkildə həll olunsa da, bir neçə şəhərcik və məhəllədə içməli su kəsintiləri davam edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar