SON XƏBƏRLƏR

İran illərdir öz agentlərini hakim cildində beynəlxalq yarışlara göndərirmiş

2023.09.04, 15:28
İran illərdir öz agentlərini hakim cildində beynəlxalq yarışlara göndərirmiş

“Iran Wire” internet səhifəsi xüsusi hesabatında İranın illərdir öz agentlərini beynəlxalq  hakim adı altında ölkədən xaricdə boks yarışlarına göndərdiyini ifşa edib.

Gunaz.tv

Hakim cildində göndərilənlərin biri Ərak şəhər prokurorunun müavini və İranın Silahlı Qüvvələr Ortaq Qərargahı Təhlükəsizlik Şöbəsinin mühafizəçisi olub. 

Onlar ötən illər ərzində Asiyada, Avropa və Amerikada beynəlxalq boks  və digər  yarışlara “beynəlxalq hakim” kimi göndərilib.

Vebsaytın sentyabarın 4-də nəşr etdiyi hesabatına əsasən prokuror müavini Əbülfəzl Amiri Şəhrabi və Təhlükəsizlik Şöbəsinin üzvü Məcid Abbaszadə həmin metodla ölkədən kənara göndəriliblər.  

Xatırladaq ki, Əbülfəzl Amiri Şəhrabi “peyğəmbəri, din və islamin müqəddəslərini təhqir etmə” ittihamı ilə sossial şəbəkə istifadəçiləri olan Sədrülla Fazili Zarei və Yusif Mehrdada qarşı ittihamnamə tərtib etmişdi. Onlar həmin ittihamlarla artıq edam olunub.

Məcid Abbaszadə isə cari ilin aprelində Tehran şəhərinin Boks Heyətinin qədirliyinə seçilib. Lakin İrandaxili mediya onun Təhlükəsizlik Şöbəsinin vəzifəlisi olduğu barədə məlumat yaymayıb. 

“Məcid Abbaszadə İranın idman sahəsində ən önəmli təhlükəsizlik məmurudur.”- “Iran Wire”də qeyd edilib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar