SON XƏBƏRLƏR

Əlirza Fərşi kiber polis bölməsinə çağırılıb

2023.09.05, 13:38
Əlirza Fərşi kiber polis bölməsinə çağırılıb

Güneyli ana dili hərəkatı fəalı və keçmiş siyasi məhbus Əlirza Fərşi Mərənd şəhərinin kiber polis bölməsinə çağırılıb.

Gunaz.tv

Bu barədə o, sosial media hesabında paylaşım edib.

Fərşi çağırılması barədə məlumat verilmədiyini və bu çağırış qanunsuz olduğuna görə polis bölməsinə getməyəcəyini yazıb.

Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

O,  2023-cü il fevralın 8-də həbsxanadan buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar