SON XƏBƏRLƏR

Ərdəbildə boşanma halları artıb

2023.09.06, 15:45
Ərdəbildə boşanma halları artıb

Ərdəbil əyalətində boşanma sayının artması Xaməneinin nümayəndəsi Həsən Amulinin işə qarışmasına səbəb olub

Gunaz.tv

Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və ərdəbilin cümə imamı Həsən Amuli boşanma sayının kəskin artmasından narahatlığını bildirib.

O, deyib ki, boşanma hallarının bu səviyyədə artması ailə infrastrukturunun məhv olmasına səbəb olur.

Buna görə əzab çəkdiyini deyən cümə imamı boşanmaya səbəb olan amillər barədə heç nə deməyib.

O, bunun qarşısının alınması üçün cütlüklərin evlilik öncəsi məsləhətləşmə iclaslarında iştirak edəcəyini söyləyib.

Ərdəbildə boşanma sayı kəskin artıb və əyalət bu göstəriciyə görə İranda 5-ci yerdədir.

Ekspertlərin fikrinə boşanma hallarının artmasının əsas səbəbləri iqtisadi problemlər və işsizlikdir.

Qeyd edək ki, ötən il İran Statistika Mərkəzinin yaydığı məlumata görə, son 10 il müddətində ölkədə evlənmə sayının 33% azaldığı, boşanma sayının isə 22% artdığı qeyd olunub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar