SON XƏBƏRLƏR

Erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alınıb

2023.09.07, 10:15
Erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alınıb

Qeyri-qanuni erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alınıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Gunaz.tv

Məlumatda bildirilir ki, sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işləri dərhal dayandırıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar