SON XƏBƏRLƏR

İranda siyasi məhbuslar aclıq aksiyasına başlayıb

2023.09.07, 11:45
İranda siyasi məhbuslar aclıq aksiyasına başlayıb

Bazar günü Qızıl Hasar Həbsxanasına məcburi köçürülmüş 13 siyasi məhbus aclıq aksiyasına başlayıb.

Gunaz.tv

Məhbuslar Tehranda yerləşən həbsxanada adi şəraitin olmadığına və oraya köçrüldüklərinə etiraz olaraq sentyabrın 7-dən aclıq aksiyasına başlayıblar.

“13 məhbus edam olunacaq məhbusların kamerasında yerləşdiriliblər.”-deyə məhbusların qohumlarından birin İnsan Haqları Fəalları Məcmusu Təşkilatının üzvü HRANA (Human Rights Activists News Agency) xəbər agentliyinə açıqlayıb.

Qeyd edək ki, Qızıl Hasar Həbsxanası 3 bölmədən ibarətdir. Lakin 1000 məhbus tutumu olan 3-cü bölməyə hal hazırda 1700 məhbus yerləşdirilib və orada şərait çox ağırdır. 

Qızıl Hasar Həbsxanası  içməli və yuyunmaq üçün su ilə təmin olunmur. 

Həmçinin burda adi telefon xidməti, mağaza, adyal, müalicə və gigiyena imkanları belə yoxdur.

İran Müəllimlərinin Peşə Təşkilatlarının Koordinasiya Şurası bildirib ki, 13 məhbus bura  “əvvəlcə məlumat veirlmədən və müxtəlif bəhanələr əsasında aldatma ilə” köçürülüblər. 

Köçürülmə zamani onlarla aqresiv davranılıb, hədələnib, təhqir olunaraq əlləri və ayaqlarına qandal vurulub.

Taymaz


 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar