SON XƏBƏRLƏR

Körfəz ölkələri İranı sülhməqsədli həddən artıq uran zanginləşdirməmyə çağırıblar

2023.09.08, 12:17
Körfəz ölkələri İranı sülhməqsədli həddən artıq uran zanginləşdirməmyə çağırıblar

Körfəz Ölkələri Əməkdaşlıq Şurasına üzv ölkələrin Nazirlər Şurası 157-cı iclasının yekun bəyanatında İranı sülhməqsədli fəaliyyətlərə ehtiyacdan artıq uran zanginləşdirməməyə çağırıblar. 

Gunaz.tv

Görüşdə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin nazirləri Səudiyyə Ərəbistanı Krallığı və Küveytin İranın iddia etdiyi Əl-Dürrə neft yatağı üzərində tam və müstəsna müştərək mülkiyyətini vurğulayıblar.

Bununla yanaşı Misirin pytaxtı Qahirədə keçirilən Ərəb ölkələri və Yaponiya siyasi dialoq görüşünün sonunda İran körfəzinin üç adası ilə bağlı birgə bəyanat qəbul olunub.

Bəyanatda hazırda İranın nəzarətində olan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləyən fikirlər yer alıb.

Bəyanatın qəbulu İran Xarici İşlər Nazirliyinin sərt reaksiyasına səbəb olub.

İran XİN sözçüsü Nasir Kənani adı çəkilən adaların İrana məxsus olduğunu və sözügedən görüşün yekun bəyanatında səsləndirilən fikirlərin siyasi və hüquqi əhəmiyyəti olmadığını deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar