SON XƏBƏRLƏR

İranda vəzifəli şəxsin oğlu həbs edildi

2023.09.09, 14:16
İranda vəzifəli şəxsin oğlu həbs edildi

İran Məhkəmə sistemi başçısı Qulamhüseyn Möhsüni Ejeinin birinci müavini Məhəmməd Müsəddiq Kəhnəmuinin oğu həbs edilib.

Gunaz.tv

Bu barədə İran məhkəmə sisteminə bağlı sosial media kanalları məlumat yayıb.

Məlumatda həbs edilən şəxsin adı çəkilmədən onun korrupsiyada ittiham olunduğu qeyd edilib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

İran ötən illə müqayisədə builki siyahıda üç pillə geriləyib.

İran hətta Uqanda, Mozambik, Madaqaskar, Liberiya, Kamerun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar