SON XƏBƏRLƏR

Həbsdə olan güneyli işçi hərəkatı fəalına qarşı təzyiq göstərilir

2023.09.11, 11:53
Həbsdə olan güneyli işçi hərəkatı fəalına qarşı təzyiq göstərilir

Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı işçi hərəkatı fəalı Arəş Cöhərinin ailəsi ilə telefon danışığına qadağa qoyulub.

Gunaz.tv

O, 7 il 6 aylıq məhkumluq dövrünün 3 ilini başa vurmasına baxmayaraq, qanunla nəzərdə tutulan məzuniyyət hüququndan da  istifadə edə bilmir.

Bir müddət əvvəl Arəş Cohərinin anası və həyat yoldaşı ona qarşı təzyiq göstərildiyi və məhbus hüquqlarının pozulduğu barədə müraciətlər yayıblar.

Qeyd edək ki, təhlükəsizlik məmurları  onu  5 oktyabr 2020-ci ildə həbs edib.

Əslən Güney Azərbaycanın Muğan bölgəsindən olan Arəş Cohəri ilkin məhkəmə prosesində "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplaşmaları idarə etmək”, “birləşmə və əlbir olmaq” ,  “rejim əleyhinə təbliğat fəaliyyəti” ittihamlarına görə 16 il azadlıqdan məhrum edilib.

Sonradan onun işinə yenidən baxılıb və Apellyasiya Məhkəməsi fəalın cəzasını 7 il 6 aya endirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar