SON XƏBƏRLƏR

İranda narazı müəllimlərin işdən qovulması davam edir

2023.09.13, 16:29
İranda narazı müəllimlərin işdən qovulması davam edir

İranda narazı müəllimlərin işdən qovulmalarının davamında Şilan Yusifi tədris hüququndan məhrum edilib.

Gunaz.tv

Bu barədə İran Müəllimləri Həmkarlar İttifaqının Koordinasiya Şurası məlumat yayaraq, bunun Təhsil Nazirliyinin Qanun pozuntularına qarşı kollegiyasının qərarı əsasında həyata keçirildiyini bildirib.

Fizika müəlliminin cəzalandırılmasına onun etiraz aksiyalarında iştirakı səbəb olub.

Qeyd edək ki, müəllimlərin işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar