SON XƏBƏRLƏR

Britaniya İranın mədəniyyət naziri və Tehran merinə qarşı sanksiyalar tətbiq edib

2023.09.15, 16:33
Britaniya İranın mədəniyyət naziri və Tehran merinə qarşı sanksiyalar tətbiq edib

Britaniya ABŞ, Kanada və Avstraliya ilə koordinasiya şəklində İran rəsmilərinə qadınların hicab geyinməyə məcbur edilməsi iddiasına görə sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili, onun müavinləri və başqaları, eləcə də “Arvan Could” şirkəti sanksiyalara məruz qalıb.

XİN-in bəyanatında deyilir ki, İrana qarşı məhdudiyyətlər 22 yaşlı Məhsa Əmininin ölümünün ildönümünə təsadüf edib. Onun dəfn mərasimi 2022-ci il sentyabrın 16-da İslam Respublikasında iğtişaşlara səbəb oldu. Rəsmi versiyaya görə, polis onu hicabını düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirərək dünyasını dəyişib.

Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi hesabat dərc edib və onun xəsarət almadığını bildirib.

İranın cinayət məcəlləsinə görə, hicab taxma qaydalarına əməl etməyən qadınlar cərimələrlə yanaşı, 10 gündən 2 aya qədər həbs cəzası ilə üzləşirlər.

Bundan başqa, onlara qarşı əlavə inzibati tədbirlər, xüsusən də dövlət qulluğundan kənarlaşdırılma, sürgün, ölkədən çıxışa və müxalifət təşkilatları ilə əlaqəyə qadağa qoyulması, əmlakının müsadirəsi tətbiq oluna bilər. Başqalarını hicabdan imtina etməyə sövq edən və təşviq edənləri daha ağır cəza gözləyir: onları 1 ildən 10 ilədək həbs cəzası gözləyir. (Report.az)

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar