SON XƏBƏRLƏR

Türkmən fəalın taleindən xəbər yoxdur

2023.09.16, 12:49
Türkmən fəalın taleindən xəbər yoxdur

İranın Xorasan əyalətində yaşayan türkmən fəal Məhəmməd Bərzgər Dəvin (Dəşmirgücü) taleyindən xəbər yoxdur.

Gunaz.tv

Bu barədə onun ailəsi məlumat verib.

Onlar avqustun 6-da təhlükəsizlik məmurları tərəfindən saxlanılan fəalın ETTELAAT təcridxanasında oduğunu ehtimal etsələr də, bu barədə rəsmi açıqlama verilmədiyini deyirlər.

Fəalın ailəsi onun hər iki nömrəsinin söndürüldüyünü, ona məxsus sosial media kanallarının bağlandığını, həyatda olub-olmadığından xəbər tuta bilmədikıərini bildirirlər.

Qeyd edək ki, Məhəmməd Bərzgər türkmənlərin hüquqlarının müdafiəsi və İranda türk dilində  tədrisin tanınmış tərəfdarlarındandır.

Onun bu barədə, eləcə də türkmənlərin mədəni hüquqları ilə bağlı yazıları xaricdə nəşr olunan media orqanlarında və türkdilli mediada nəşr edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar