SON XƏBƏRLƏR

İranda aksiyalar keçirilir

2023.09.16, 23:09
İranda aksiyalar keçirilir

Sentyabrın 16-ı günortadan sonra bir neçə şəhərdə qruplar halında başlayan etiraz aksiyaları gecə saatlarında genişlənib.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları video və məlumatlar paylaşıblar.

Tehran, Məşhəd, Kərəc, Saqqız, Kirmanşah, Sənəndəc, Rəşt, Şəhri Kord və başqa şəhərlərdə hökumət əleyhinə şüarlar səsləndirilib.

Kirmanşah şəhərində etirazçılara odlu silahlardan atəş açılıb, Saqqız şəhərində  bir nəfər güllələnib, Kərəcdə isə nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə edilib.

Aksiyaların keçirilməsi ilə eyni vaxtda müxtəlif şəhərlərdə onlarla fəal həbs edilib, internetə giriş dahada çətinləşib, sosial media filter olub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar