SON XƏBƏRLƏR

"İranda açılmış iş barədə əlsa məlumatımız yoxdur"- fransalı məhbusun ailəsi

2023.09.19, 14:00
"İranda açılmış iş barədə əlsa məlumatımız yoxdur"- fransalı məhbusun ailəsi

İranda həbsdə saxlanılan Fransa vətəndaşı Sisil Kohlerin bacısı onun hansı vəziyyətdə olduğu barəsində məlumt veilmədiyini deyib.

Gunaz.tv

“Bacıma açılmış iş, baxılması prossesi və mühakimə olunması barədə ailəmizə məlumat verilmir”-deyə Naomi Kohler Fransanın xəbər agentliyinə müsahibəsində bildirib.

Xatırladaq ki, fransalı müəllimə Sisil Kohler və həyat yoldaşı Jak Pari 2022-ci ilin may ayında “casusluq” ittihamı ilə İranda saxlanılıblar.

Naomi məhbus bacızı ilə ailəsinin ancaq arabir təmasları olduğuna toxunaraq deyib: “Sisil barədə məlumatımız azdır. 5-6 həftədən bir telefon danışığımız  olur. Lakin təmas keyfiyyəti yaxşı deyil və müddəti də azdır. O, nəzarət altında  danışır.”

İranın məhkəməsi ötən həftə bildirib ki, həmin 2 Fransa vətəndaşının işləri üzrə tədqiqat prosesi bitib. 

Sisil Kohlerin ailəsi onun günahsız olduğunu vurğulayaraq azad olunmasını tələb ediblər. Sentyabrın 18-i Sisil Kohlerin İranda həbsdə saxlanılmasının 500-cü günüdü. 

Qeyd edək ki, Sisil Kohler və Jak Paridən başqa 2 fransalı da həbsdədirlər. Onların birinin adı Lui Arneodur. 2022-ci ilin sentyabr ayının 28-də İranda saxlanılıb. Digər fransalının kimliyi hələ açıqlanmayıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar