SON XƏBƏRLƏR

İranda ziyarətgaha hücumda təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarılıb

2023.09.22, 10:00
İranda ziyarətgaha hücumda təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarılıb

İran məhkəməsi Şirazda Şah Çıraq ziyarətgahında törədilmiş terror aktında əsas müttəhim hesab olunan Tacikistan vətəndaşı Rahmatulla Noruzov barəsində ölüm hökmü çıxarıb.

Gunaz.tv

Bu barədə İranın "Təsnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı Rəhmətulla Noruzov "üsyan və ölkənin təhlükəsizliyinə təhdid"də ittiham olunub.

Terror aktında bilavasitə əli olmayan daha iki müttəhim 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzalarını çəkdikdən sonra onlar İrandan deportasiya ediləcəklər.

Qeyd edək ki, avqustun 13-də Şah Çıraq ziyarətgahına silahlı hücum edilib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar