SON XƏBƏRLƏR

Rəsmi Bakı Qarabağda silahı yerə qoyan ermənilər üçün amnistiya nəzərdə tutur

2023.09.22, 12:09
Rəsmi Bakı Qarabağda silahı yerə qoyan ermənilər üçün amnistiya nəzərdə tutur

Azərbaycan Qarabağda silahı yerə qoyan ermənilər üçün amnistiya elan edə bilər. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters“ə müsahibəsində bildirib.

Gunaz.tv

Hikmət Hacıyev qeyd edib ki, rəsmi Bakı Qarabağda silahını yerə qoyan ermənilər üçün amnistiya nəzərdə tutur.

“Keçmiş hərbçilərə və döyüşçülərə gəldikdə isə, əgər onlar bu cür təsnif edilə bilərsə, hətta onlar üçün belə, amnistiya nəzərdə tutulur.

Hazırda biz bəzi fərdi silahlı qrupların və zabitlərin bizim şərtlərimizlə razılaşmayacaqları və müqavimətə davam edəcəklərinə dair ictimai bəyanatlarını görürük.

Biz həmçinin bəzi kiçik qrupların meşələrə getdiklərini görürük. Lakin biz bunun böyük  problemi olacağını düşünmürük.

Əlbəttə, bu müəyyən problemlərə və çətinliklərə səbəb olacaq, lakin o qədər də geniş miqyasda yox”, - Hikmət Hacıyev əlavə edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar