SON XƏBƏRLƏR

İranda daha üç məhbus edam edildi

2023.09.28, 12:26
İranda daha üç məhbus edam edildi

İranda adam öldürməkdə və narkotik maddələrin alverində ittiham edilən 3 məhkum edam edilib.

Gunaz.tv

İsfahanın Dəstgerd həbsxanasında narkotik maddələrin alverində günahlandırılan bir məhkum edam edilib.

Bu barədə məlumat verən insan haqları təşkilatları, daha iki məhkumun edam hökmünün adam öldürmək ittihamına görə Kərəcin Qızılhisar həbsxanalarında icra edildiyini bildiriblər.

İran İnsan Haqları Təşkilatı yaydığı son hesabatında bu ölkədə ötən bir il ərzində 697 nəfərin edam edildiyini bildirib.

Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar