SON XƏBƏRLƏR

Almaniya kansleri Mərkəzi Asiyanın beş prezidenti ilə görüşəcək

2023.09.29, 10:25
Almaniya kansleri Mərkəzi Asiyanın beş prezidenti ilə görüşəcək

Almaniya Kansleri Olaf Şolts sentyabrın 29-da Berlində beş Mərkəzi Asiya ölkəsinin prezidentləri ilə görüş keçirəcək.

Gunaz.tv

 Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilk dəfədir Avropa İttifaqına üzv olan dövlətin başçısı ilə birgə danışıqlar aparacaqlar.

Almaniya hökuməti daha əvvəl bildirmişdi ki, görüşdə xüsusilə ikitərəfli münasibətlər, iqtisadi əlaqələr və enerji sektorunda əməkdaşlıq müzakirə olunacaq.

Qeyd edək ki, daha əvvəl Şolts və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında ikitərəfli danışıqlar olub. Danışıqlarda Qazaxıstan Prezidenti “Drujba” kəməri ilə neft nəqlinin həcmini artırmağa hazır olduğunu açıqlayıb.

Mərkəzi Asiya ölkələrinin liderləri may ayında Çin sədri Si Cinpinlə görüşdə iştirak ediblər.

Sentyabrın əvvəlində isə ABŞ Prezidenti Cozef Bayden ilk dəfə Nyu-Yorkda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ilə danışıqlar aparıb.

Görüşdə digər məsələlərlə yanaşı, enerji təhlükəsizliyi mövzusunu da müzakirə ediblər.
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar