SON XƏBƏRLƏR

Sülhməramlılar ermənilərə 12 ton yardım paylayıblar

2023.09.29, 11:03
Sülhməramlılar ermənilərə 12 ton yardım paylayıblar

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Xankəndi-Gorus yolu ilə Qarabağ ermənilərinə 12 ton ərzaq və yanacaq paylayıblar. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Gunaz.tv

Qeyd edilir ki, çatdırılan humanitar yardıma ərzaq, dərman və ilkin ehtiyaclar daxildir.
Bundan əlavə, humanitar karvanın marşrutu boyunca Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ ərazisini müstəqil şəkildə tərk edən mülki şəxslərə yardımlar göstəriblər:
"Rusiya sülhməramlı kontingentin hərbi qulluqçuları ehtiyacı olan hər kəsi içməli su, çörək və uşaq yeməyi ilə təmin ediblər".

Nazirliyin məlumatında həmçinin qeyd edilir ki, "Rusiya sülhməramlı kontingenti Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar