SON XƏBƏRLƏR

Zahidanda etirazçılara atəş açılıb

2023.09.29, 16:36
Zahidanda etirazçılara atəş açılıb

Bu gün Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində keçirilən etiraz aksiyasında qarşıdurma olub.

Gunaz.tv

Şəhərin Məkki məscidinin ətrafı, Xəyyam küçəsində hakimiyyətə qarşı şüarlar səsləndirilən narazı etnik bəlucların nümayişini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

Bunun nəticə vermədiyini görən məmurların etirazçılara atəş açdığı və 19 nəfərin yaralandığı bildirilir.

Aksiyalarda "Xaməneiyə ölüm", "SEPAH-a ölüm", "Diktatora ölüm", "Öldürülən qardaşım qısasını alacağıq" və başqa bu kimi şüarlar səsləndirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar