SON XƏBƏRLƏR

Zahidanın Qanlı Cüməsinin ildönümündə saxlanılanların sayı artır

2023.09.30, 12:53
Zahidanın Qanlı Cüməsinin ildönümündə saxlanılanların sayı artır

İnsan haqları üzrə qaynaqlar sentyabrın 29-u Qanlı Cümə Günü ildönümündə Zahidnada, Xaş və Mircavə şəhərlərində saxlanılanların sayının azı 51 nəfərə çatdığını bildiriblər.

Gunaz.tv

“Hökumət qüvvələri Zahidan, Xaş, Mehristan və Mircavə şəhərlərində cümə namazı qılınandan sonra əhalinin kütləvi saxlanılmasına başlayıb. Məmurların müdaxiləsi nəticəsində 29 nəfər, o cümlədən  8 uşaq yaralanıb”-bunu Sistan və Bəluçistan Əyalətinin xəbər saytı “Haalvsh”  sentyabrın 30-u bildirib.

Xatırladaq ki, Sisyan və Bəluçistan Əyaləti sünni icmasının lideri Moləvi Əbdülhəmid cümə namazı xütbələrində ötən il Zahidanın Qanlı Cüməsində 100 nəfərdən artıq insanın öldürüdüyünü deyərək bu qırğının İran hökumətinin etniklərə və dini azlıqlara ayrı-seçkiliklə yanaşdığına görə törədildiyini vurğulayıb.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar