SON XƏBƏRLƏR

"Hicabsızlığa görə nağd cərimə azdı, artırılmalıdır."- Hicab və İffət layihəsinin müəlliflərindən biri

2023.09.30, 15:01
"Hicabsızlığa görə nağd cərimə azdı, artırılmalıdır."- Hicab və İffət layihəsinin müəlliflərindən biri

“Hicabsızlığın qarşısı 1-3 milyon tümən cərimə ilə alınmaz, 24 milyon olsa alınar.”-bunu Hicab və İffət layihəsinin müəlliflərindən biri molla Cəlil Mühibbi deyib.

Gunaz.tv

“Layihədə nağd cərimələr azdır. Şəxs hesablayıb rahatca deyər ödəyirəm. Lakin miqdarı yüksəsk olarsa hicabsızlığın qarşısı alınar. Həmçinin bu cərimələr dəfələrlər tətbiq olunarsa həbs məsələsi yaranır. 

Ona görə də şəxs həyatını bu tərzlə davam etdirə bilməz və razılaşar”-deyə İranın İslami Şura Məclisnin Tədqiqat Mərkəzinin üzvü Mühibbi vurğulayıb.

Qeyd edək ki, insanlıq fəlsəfəsinə sığmayan və insanın zatına zidd olan hicab molla dəstəsinin ən əsas qazanc yeri və varlıqlarının mənası olduğuna görə bütün yollarla, o cümlədən həbs, şallaq vurma və cərimələrin artırılması yolu ilə cəmiyyəti hicaba tabe olamağa məcbur etməyi düşünürlər.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar