SON XƏBƏRLƏR

Azərbaycanlı vəkil məhkəməyə çağırıldı

2023.10.02, 13:09
Azərbaycanlı vəkil məhkəməyə çağırıldı

Tehranda yaşayan azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi məhkəməyə çağırılıb.

Gunaz.tv

Məhkəmənin elektron sistemi ilə göndərilən çağırışda vəkildən oktyabrın 10-da İnqilab Məhkəməsinin 15-ci bölməsində olması istənilib.

Ona qarşı "ictimai asayişi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamının irəli sürüldüyü bildirilib.

Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin "etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi. 

Qeyd edək ki, Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar