SON XƏBƏRLƏR

Milli fəallar cərimə olundular

2023.10.03, 11:53
Milli fəallar cərimə olundular

Güneyli milli fəallar İbrahim Asimani və Yunis Quluzadənin şallaq və həbs cəzaları maddi cərimə ilə əvəzlənib.

Gunaz.tv

Qərar Təbriz Cəza Məhkəməsinin 108 saylı şöbəsi tərəfindən çıxarılıb.

Bildirilib ki, fəalların hər biri "qanunsuz nümayişlərdə iştirak etməklə ictimai asayişi pozmaq" ittihamına görə, 22 milyon tümən (750 AZN) cərimə ödəməyə məhkum ediliblər.

Qeyd edək ki, adı çəkilən fəallar başqa 13 fəalla birlikdə 16 iyul 2020-ci ildə Urmu gölünün qurumasına etiraz aksiyasında Təbriz və Urmu şəhərlərində saxlanılmış, dindirildikdən sonra müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdılar.

İbrahim Asimani və Yunis Quluzadəyə qarşı ittiham irəli sürülüb,  başqa 13 fəalın işinə xitam verilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar