SON XƏBƏRLƏR

İranda ərzaq böhranı:  Qida Təhlükəsizliyi Ali Şurası yaradılsın!

2023.10.03, 16:06
İranda ərzaq böhranı:  Qida Təhlükəsizliyi Ali Şurası yaradılsın!

Əsas malların təminatının çətinləşməsi və qiymətlərin artması ilə eyni vaxtda İranda Qida Təhlükəsizliyi Ali Şurasının yaradılması təklif edilib.

Gunaz.tv

Bu barədə təklifi Kənd təsərrüfatı naziri Əli Nikbəxt  irəli sürüb.

"Ali Qida Təhlükəsizliyi Şurasının yaradılmasında məqsəd ölkəni ehtiyac duyulan hər cür heyvan yemi və ərzaq məhsulları ilə  təmin etmək üçün zəruri planlamanın hazırlanmasıdır",- nazir deyib.

Bununla yanaşı,  İran Statistika Mərkəzi son bir ildə qiyməti ən çox artan qida malları ilə bağlı yeni məlumat yayıb.

Bildirilib ki, son bir il ərzində İranda qoyun əti 149%, balıq konservası 108% bahalaşıb.

Eyni halda,  başqa ərzaq malllarının qiymətinin ortalama 20% artdığı da qeyd edilib.

Qeyd edək ki, İran pulunun dəyərdən düşməsi, valyuta ehtiyatlarının azalması və digər problemlər ucbatından əsas malların tədarükü çətinləşib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar