“Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında üçtərəfli Brüssel formatını və regional sülh gündəliyini dəstəkləyir.
Bu mənada, Azərbaycan sülh müqaviləsi daxil olmaqla bir çox sülh təşəbbüslərinin müəllifidir", - deyə o əlavə edib.
Prezidentin köməkçisi onu da əlavə edib ki, Azərbaycan həm də Ermənistanla münasibətlərin normallaşdırılması prosesi, eləcə də sülh müqaviləsi danışıqları üzrə birbaşa və ikitərəfli dialoqun, danışıqların tərəfdarıdır.
“Fürsətdən istifadə edərək, İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi Birliyinin Qranadada keçirilən toplantısının uğurlu təşkili münasibətilə təbrik edirəm və onlara ev sahibi ölkə kimi Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirəm”, - deyə H.Hacıyev qeyd edib.