SON XƏBƏRLƏR

Antiterror tədbirlərində yaralanan polis şəhid olub

2023.10.06, 12:06
Antiterror tədbirlərində yaralanan polis şəhid olub

Qarabağda keçirilən lokal antiterror tədbirlərində ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov vəfat edib.

Gunaz.tv

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Əzizbəy Muradovun musiqi təhsili də olub. O, 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə piano və qarmonda ifaları ilə məşhurlaşıb.

Əzizbəy Muradov Vətən müharibəsindən sonra "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar