SON XƏBƏRLƏR

Zakir Həsənov ordu rəhbərliyi ilə müşavirə keçirib

2023.10.09, 16:26
Zakir Həsənov ordu rəhbərliyi ilə müşavirə keçirib

Oktyabrın 9-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən xəbər verirlib.

Gunaz.tv

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib.

Hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelekron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib.
Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqamətinə dair qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi və müvafiq planların yenilənməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.

Müşavirədə, həmçinin qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının əhəmiyyəti qeyd edilib.

Nazir döyüş hazırlığı və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçuların mükafatlandırılması, o cümlədən gənc əsgərlərin adaptasiya prosesinə və digər şəxsi heyətə həssaslıqla yanaşılmasının əhəmiyyətini qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar