SON XƏBƏRLƏR

“İrana qarşı daha kəskin və yeni sanksiyalar tətbiq olunmalıdır”- senator Miç MakKonnel

2023.10.10, 11:50
“İrana qarşı daha kəskin və yeni sanksiyalar tətbiq olunmalıdır”- senator Miç MakKonnel

Amerika Senatında Respublikaçıların sədri Miç MakKonnel HƏMAS-ın İsrailə həmlələrinə cavab olaraq İrana qarşı daha kəskin və yeni sanksiyaların tətbiq olunmasını istəyib. 

Gunaz.tv

Senatorun  “Val Strit Jurnal” nəşrində dərc edilmiş məqaləsində yazılıb: “İran HƏMAS-ın İsrailə həmlələrində rolu olub. Ona görə də Amerika və müttəfiqləri İran rejiminə qarşı daha kəskin və yeni sanksiyalar tətbiq etməlidir.”

“Amerikanın Qərb müttəfiqlərindən İran təyyarələrinin onların səmasından uçuşlarına qadağa qoymalarını, İran gəmilərini saxlamalalarını istəyirəm. Qərb, həmçinin bu ölkənin banklarına yeni sanksiya qoymalı və onunla ticarət fəlaiyyətlərini dayandırmalıdır.”-deyə Respublikaçıların sədri bildirib. 

Digər tərəfdən,  Ağ Evin strateji əlaqələr koordinatoru Con Kirbi oktyabrın 9-u HƏMAS-ın İsrailə həmlələrində İranın birbaşa rolu olduğu barədə məlumat və sübutların olmadığını,  lakin “cinayət ortağı” olduğunu deyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar