SON XƏBƏRLƏR

“İranla Rusiyanın bank əlaqələrində problemlər qalır”- Rusiya rəsmisi

2023.10.12, 13:17
“İranla Rusiyanın bank əlaqələrində problemlər qalır”- Rusiya rəsmisi

İran rəsmiləri və mediyasının Tehranla Moskvanın ticarətlərinin yaxşı getdiyi barədə təbliğatlarına rəğmən bu barədə porblemlərin hələ də qaldığı bildirilir.

Gunaz.tv

Sanksiyalara görə “İranla Rusiyanın bank əlaqələri üzrə problemləri davam edir. Bu məsələ ikitərəfli ticarət üzrə ən birinci problemdir ”-deyə İran və Rusiyanın Ortaq Ticarət-İqtisadi Şurasının rəisi Səfərov Rəcəb vurğulayıb.

Xatırladaq ki, İran bir neçə ay öncə Rusiyanın ikinci böyük bankı olan VTB-nin İranda filialını açdığına və valyuta mübadiləsi imkanı barədə genişmiqyaslı təbliğata  baxmayaraq bankın rəisi bu xəbəri təkzib etmişdir.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra VTB Bankı bu ölkənin sanksiya tətbiq olunmuş banklarından biridir.

ABŞ və Avropa İttifaqı həmin banka sanksiya tətbiq edərək Avropa ölkələrində fəaliyyətinə tamamilə qadağa qoyulub.

İran Qərb ölkələrinin etibarlı valyutaları ilə ticarət imkanına malik olmadığı səbəbindən bir neçə ildir ki, Rusiya ilə ticarət üçün rəsmi rubl və rial valyutalarından istifadə etmək istəyir. 

Lakin sanksiyalara görə bank əlaqələrinin mümkün olmadığı səbəbindən buna nail ola bilmir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar