SON XƏBƏRLƏR

"Şimali Koreyanın nüvə proqramında olduğu kimi İranınkında da məğlub olmamalıyıq"- Rafael Qrosi

2023.10.17, 11:26
"Şimali Koreyanın nüvə proqramında olduğu kimi İranınkında da məğlub olmamalıyıq"- Rafael Qrosi

Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrosi İranın nüvə şəraitinin Şimali Koreyanın ilk nüvə sınağına oxşar olduğunu deyib.

Gunaz.tv

“Bu hadisənin təkrarlanmasının qarşısı alınmalıdır. Dünya İranın nüvə proqramının qarşısını almaqda məğlub olmamalıdır”-deyə Qrosi Amerikanın XİN-in mətbuat toplantısında xəbərdarlıq edib.

“Dünya ölkələri İranın nüvə proqramı üzrə durğunluq və nəticəsizliyin Şimali Koreyanın vəziyyətinə gətirib çıxarcağına yol verməməli və çox ehtiyatlı olmalıdır. Biz bu problemin qarşısını almaq üçün bütün cəhdlərimizi etməliyik.
 
İran nüvə silahı istehsal edə bilən ölkəyə çevrilməsin deyə, nələr edməli ollacağımızı müzakirə etməliyik”-deyə Agentliyin baş direktoru Qrosi vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə İranın yüksək vəzifəli rəsmisi dünyaya xitabən demişdir: “Artıq İranın nüvə proqramı müzakirə olunası deyil və başqa məsələlər, o cümlədən sanksiyaların götürülməsi  barədə danışıqlar aparılmalıdır” 

Bu ifadə İranın da Şimali Koreyanın ilk nüvə silahı sınağı keçirdiyi vəziyyətə yaxın olduğuna işarədir. 

Həmin rəsminin sözləri İranın nüvə silahı ölkəsinə çevrilə biləcəyi barədə Rafael Qrosinin nigarançılığına əsas verir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar